Bərdədə Telman Hüseynin 85 illik yubileyi qeyd olundu

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, 31 yanvar 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi və Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayonumuzun ağsaqqal ziyalısı, el müəllimi və ömrünü gənc nəslin təlim-tərbiyəsinə, bilik və bacarıqlarının inkişafına həsr etmiş şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Telman Hüseynin 85 illik yubileyi münasibətilə “Birin dedim, biri qaldı” adlı ədəbi-bədii gecə keçirilib.Tədbirdə Telman Hüseynin ədəbi fəaliyyətinə, xalqımızın mədəniyyətinə verdiyi töhfələrə diqqət çəkilmiş, onun əsərlərinin gənc nəsillərə örnək olduğu vurğulanmışdır. Gecədə şairin yaradıcılığına həsr olunmuş şeirlər səsləndirilib, onun həyat yolu və zəngin irsi barədə çıxışlar edilib.Ədəbi-bədii gecə Telman Hüseynin zəngin yaradıcılığını, elçi-dövlət adamı kimi fəaliyyətini və gənclərə verdiyi dəyəri bir daha nümayiş etdirərək, onun Azərbaycan mədəniyyətindəki xüsusi yerini qeyd etmiş oldu.














