Cəmiyyət

Bərdədə rayon rəhbəri sakinlərin problemlərini dinlədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və operativ həlli məqsədilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən mütəmadi olaraq səyyar qəbul-görüşlər keçirilir.

07 aprel 2026-cı il tarixdə növbəti səyyar qəbul-görüş Bərdə rayonu, Mehdili kənd İƏD üzrə nümayəndəliyin, Qaradəmirçi kəndində təşkil olunmuşdur.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, səyyar görüşdə yerli icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Görüş zamanı icra hakimiyyətinin başçısı Vidadi İsayev son illərdə ölkəmizdə, o cümlədən Bərdə rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, infrastruktur layihələri və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan genişmiqyaslı islahatlar Bərdə rayonunda da öz müsbət nəticələrini göstərməkdədir.

Səyyar qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə müvafiq qurumlara çatdırılacağı qeyd olunmuşdur.

Sakinlər görüşün səmərəli keçdiyini vurğulamış, dövlət rəhbərliyinin göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişlər. Bu cür səyyar qəbul-görüşlərin keçirilməsində əsas məqsəd vətəndaşların dövlət orqanları ilə birbaşa ünsiyyətini təmin etmək və onların gündəlik problemlərinin operativ həllinə nail olmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button