Xəbərlər

Bərdədə fermerlər üçün maarifləndirici tədbir keçirilib

Bərdə Regional Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları tərəfindən Bərdə rayonunun Şatırlı kəndində fermerlər üçün maarifləndirici tədbir təşkil olunub.

Tədbirin məqsədi fermerlər arasında bitki mühafizəsi sahəsində bilik və bacarıqların artırılması, zərərvericilərlə mübarizənin düzgün və təhlükəsiz üsullarının təbliği, həmçinin fumiqasiya tədbirlərinin əhəmiyyətinin izahı olub.

Görüş zamanı Bərdə Regional Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəhbəri Fəyaz Abuzərov və mərkəzin mütəxəssisləri Qəlbinur Əsayev Qorxmaz Hümbətov iştirak ediblər
kənd təsərrüfatı bitkilərinə zərər vuran xəstəlik və zərərvericilərin vaxtında müəyyənləşdirilməsi, onların qarşısının alınması yolları, pestisidlərin düzgün və normativ qaydada istifadəsi, həmçinin torpaq və məhsulun qorunması barədə geniş məlumat veriblər.

Fermerlərə həmçinin müasir fumiqasiya texnologiyaları, təhlükəsizlik qaydaları və dövlət nəzarəti altında aparılan zərərsizləşdirmə tədbirlərinin qaydaları barədə əyani şəkildə izahlar təqdim olunub.

Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Belə tədbirlər gələcəkdə də Bərdə rayonunun müxtəlif kəndlərində davam etdiriləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button