Hadisə

Bərdədə avtoqəzada xəsarət alanların SON DURUMU

Bərdə-Yevlax yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iki kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Bərdə rayonunda iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button