Cəmiyyət

Bərdədə Aprel döyüşləri şəhidi Həsənov Ziya Niyazi oğlunun 8-ci ildönümü mərasimi keçirilmişdir.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və tibb müəssisəsinin kollektivi tərəfindən Aprel döyüşləri şəhidi Həsənov Ziya Niyazi oğlunun 8-ci ildönümü ilə əlaqədar Bərdə Rayon Şəhidlər xiyabanı ziyarət edilib, şəhidimizin əziz xatirəsi hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən müəssisənin direktoru Vüsal Məmmədov şəhidimizin anası, tibb müəssisəsinin Pediatriya şöbəsinin tibb bacısı Tərlan Cəbiyevaya başsağlığı verib və şəhid Ziya Həsənovun göstərdiyi şücaətdən bəhs edib.

Qeyd edək ki, şəhid Ziya Həsənov 11 oktyabr 1989-cu ildə Ağdam şəhərində anadan olub. 2 aprel 2016-ci il tarixində Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşdə Lələtəpənin azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ziya Həsənov ölümündən sonra Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “lll dərəcəli Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Şəhid Ziya Həsənov Bərdə Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidlər ölməz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button