Cəmiyyət

Bərdədə abadlıq-quruculuq işləri davam etdirilir

Qerbiazerbaycanaz.tv media xəbər verir ki,
Bərdə rayonunda küçə və prospektlərdə piyadaların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə səkilərin yenilənməsi istiqamətində işlər mərhələli və planlı şəkildə davam etdirilir. Həyata keçirilən tədbirlər çərçivəsində şəhərin müxtəlif ərazilərində genişmiqyaslı abadlıq işləri aparılıb.

Belə ki, Koroğlu küçəsində 1800 kv.m aqlay döşənib, Bakı küçəsində 400 kv.m aqlay işi görülüb. Bununla yanaşı, 4000 kv.m tamet düzülüb, 1500 kv.m bordür quraşdırılıb. İsmət Qayıbov küçəsində 2000 kv.m tamet işi aparılıb, 500 metr bordür yenilənib. Hacı Aslanov küçəsində isə 4000 kv.m tamet döşənib, 800 kv.m bordür quraşdırılıb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev görülən işlərlə bağlı bildirib ki, rayonda həyata keçirilən abadlıq-quruculuq tədbirləri sistemli və ardıcıl xarakter daşıyır: “Rayon ərazisində aparılan abadlıq və quruculuq işləri vətəndaşların rahatlığının təmin olunmasına, şəhər infrastrukturunun müasirləşdirilməsinə və ümumi görünüşünün daha da yaxşılaşdırılmasına xidmət edir. Bu istiqamətdə işlər plan əsasında davam etdirilir və qarşıdakı dövrdə də daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulur.”

İcra olunan tədbirlər şəhərin piyada infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına, hərəkətin təhlükəsizliyinin artırılmasına və ümumilikdə şəhər mühitinin daha da abadlaşmasına mühüm töhfə verir.

Rayon sakinləri görülən işləri yüksək qiymətləndirərək, ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirir, bu cür layihələrin davamlı olmasının vacibliyini xüsusi vurğulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button