GündəmSiyasətXəbərlər

Bərdə rayonunda Daxili Qoşunların yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

Bərdə rayonunda yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində Daxili Qoşunların yaranmasının 34-cü ildönümü münasibətilə tədbir təşkil olunub. Tədbirdə hərbi hissənin şəxsi heyəti, Şəhid ailələri və övladları iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə hərbi hissənin ərazisində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.Daha sonra şəxsi heyətin düzülüşü keçirilib, xidmətdə fərqlənən hərbi qulluqçulara təşəkkürnamələr və mükafatlar təqdim olunub. Çıxış edənlər Daxili Qoşunların ölkəmizdə ictimai asayişin qorunması, sabitliyin təmin olunması və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm xidmətlər göstərdiyini qeyd ediblər.Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov da iştirak edərək şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib, onların çətin və məsuliyyətli xidmətində uğurlar arzulayıb. Bildirilib ki, Daxili Qoşunların şəxsi heyəti hər zaman dövlətə və xalqa sədaqətlə xidmət edərək qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirir.Tədbir çərçivəsində şəhid ailələri ilə də görüş keçirilib, onların göstərdiyi fədakarlıq və Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad olunub. Vurğulanıb ki, şəhidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayır və onların ailələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirərək Daxili Qoşunların şəxsi heyətinə gələcək xidmətlərində uğurlar arzulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button