Cəmiyyət

Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının qurucusu və xilaskarı Ümummilli lider Heydər Əliyevin 100 illiyi,31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibəti ilə bayram şənliyi keçirildi.

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon Sektorunda Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının qurucusu və xilaskarı Ümummilli lider Heydər Əliyevin 100 illiyi,31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibəti ilə bayram şənliyi keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni sədaları altında açıq elan edildi.
Dövlət himninin səslənməsi ilə başlayan açılış tədbirində giriş sözü ilə Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə xanım Əyyubova çıxış edərək Ümummilli lider Heydər Əliyevin dövlətimiz,xalqımız qarşısındakı xidmətindən bəhs edildi və Bərdə rayon Şəhid ailələri və şəhid övladları,qazi ailələri və qazi övladları,aztəminatlı ailələri və qonaqları salamlayaraq,torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə xanım Əyyubova çıxışında ölkəmizin ərazi bütövlüyü,torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə,bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətin borcu olduğunu ,tariximizə qızıl hərflərlə yazılmış vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı,hərbi əməliyyatlardan zərərçəkmiş insanlara ,xüsusilədə şəhid ailələrinə ,qazilərə onların övladlarına hərtərəfli qayğı Azərbaycan Dövlətinin Sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi.
Aynurə xanım çıxışında onuda əlavə etdi ki, Ulu Öndər Heydər Əliyevin davamçısı ,Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük Sərkərdəlik məharəti,güclü iradəsi, Rəşadətli ordumuzun gücü ilə 44 günlük vətən müharibəsində qazandığı şanlı zəfərin bir parçası olan şəhid və qazi övladları ilə birgə olmağın qürurunu yaşadıqlarını,torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarlarının hər birimiz üçün əmanət olduğunu diqqətə çatdırdı.
Tədbirdə rəsmi şəxslər:
1.Bakı şəhər Qocalar evi,Uşaq evi,İmkansız ailələr,şəhid,qazi Veteran bölməsinin rəhbəri Cəfərova Züleyxa xanım
2.Bakı şəhər Qocalar evi,Uşaq evi,İmkansız ailələr,şəhid,qazi ,veteran bölməsinin qurup üzvü Bədəlova Məsmə xanım
3.Bərdə rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərinin işi,təşkili şöbəsinin müdiri Samir müəllim
4.Bərdə rayon Təhsil Sektorubun nümayəndəsi Elxan müəllim
5.Şəhid ailələri və şəhid övladları
6.Qazi ailələri və qazi övladları
7.Aztəminatlı ailələr iştirak edirdilər.
Hər bir natiq çıxışında Azərbaycanda uşaqların firəvan böyüməsi,onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmasını qeyd etdilər.Natiqlər onuda əlavə etdilər ki,bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan uşaqları dövlətin və cəmiyyətin qayğısı ilə tam əhatə olunub.
Çıxışlardan sonra tədbir musiqili-bədii hissə ilə davam etdi.Yüksək Vətənpərvərlik ruhunda keçən mərasimdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında musiqi ifaları, Qarabağ,”Anadır arzularım hər zaman Qarabağ” kimi mahnılar,Vətənim,Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi,rəqs,əyləncəli viktorina keçirildi.
Xatirə şəkilləri çəkildi.
Dəvət olunmuş şəhid övladlarına,qazi övladlarına,aztəminatlı ailələrin övladlarının hər birinə xüsusi hədiyyələr və yeni il hədiyyələri təqdim olundu.Tədbirin sonunda tədbirdə fəal iştirakına görə uşaqlara Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən diplomlar verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button