Cəmiyyət

Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi müasir dövrün tələblərinə uyğun təhsil və inkişaf imkanları yaradır.

Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova dəyərli insan, əsl rəhbər, mükəmməl idarəedici, bütün kollektivinin problemlərini qayğıla dinləyən, onlara dəyər verən, təhsilimizin çiçəklənməsi üçün əlindən gələni əsirgəməyən sayılıb-seçilən, zəhmətə dəyər verən, çox gözəl insandır. və eyni zamanda onu, da qeyd edim ki, Aynurə xanım əsilli-köklü insandır Atası Rıza müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli və təmənnasız ziyalıdır. Bildirmək istəyirəm ki, Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi müasir dövrün tələblərinə uyğun təhsil və inkişaf imkanları yaradır. Burada uşaqların və gənclərin bacarıqlarının üzə çıxarılması, onların təhsil, elm, incəsənət və idman sahələrində inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. İstedadlı gənclərin aşkara çıxarılması və onların dəstəklənməsi, Müxtəlif intellektual və yaradıcılıq müsabiqələrinin təşkili, Gənclərin sosial aktivliyinin artırılması və cəmiyyətə inteqrasiyası,
Vətənpərvərlik ruhunun yüksəldilməsi üçün xüsusi tədbirlərin həyata keçirilməsi kimi fəaliyyətlər bu mərkəzin əsas missiyalarındandır. və Aynurə xanım üçün vəzifənin kiçiyi-böyüyü yoxdur. Onun üçün başlıcası, önəmlisi ona tapşırılan, üzərinə düşən işi məsuliyyətlə və müvəffəqiyyətlə yerinə yetirməkdir. və eyni zamanda Sadəlik və mənəvi saflıq ilə xalqın məhəbbətini və inamını qazanmaq böyük göstəricidir. Hörmətli Aynurə xanım, Sizə işgüzar fəaliyyətinizdə uğurlar arzu edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button