Gündəm

Bərdə Rayon Rəhbərinin Səyyar Qəbul-Görüşü Böyük Qəcər Kəndində Keçirilib.

17 mart 2026-cı il tarixdə Bərdə Rayon İcra Hakimiyyətinin növbəti səyyar qəbul-görüşü rayonun Böyük Qəcər kəndində təşkil olunmuşdur. Görüşün əsas məqsədi sakinlərin gündəlik həyatını narahat edən məsələləri yerində öyrənmək və həllini təmin etmək idi.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Böyük Qəcər kəndində təşkil olunub. Görüşdə rayonun aidiyyəti idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər. Səyyar qəbul zamanı kənd sakinləri onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinə çatdırıblar

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında: ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi inkişafdan, əhalinin rifahının artırılması üçün görülən tədbirlərdən danışmış, infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatının və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğını qeyd etmişdir. Başçı vurğulamışdır ki, vətəndaşların müraciətlərinə operativ yanaşma və şəhid ailələri ilə qazilərə göstərilən diqqət Bərdə rayonunda əsas prioritetdir.

Görüş zamanı bir sıra məsələlər yerindəcə həll edilmiş, araşdırılması və əlavə tədbirlər tələb edən müraciətlərlə bağlı aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Belə səyyar qəbul-görüşlər rayon icra hakimiyyəti ilə əhali arasında səmərəli əlaqələrin qurulmasına, sosial ədalətin təmin olunmasına və vətəndaşların problemlərinin operativ həllinə mühüm töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button