Hadisə

Bərdə Rayon Polis Şöbəsinin RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Bərdə RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu
saxlanılmış, onun üzərinə baxış zamanı əlindəki çantadan 3 bağlamada ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button