İdman

Bərdə Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə yüksək nailiyyətlər əldə etmiş idmançılar, məşqçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə iştirakçılar tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş və əziz xatirəsi dərin ehtiramla anılmışdır.
Tədbirin rəsmi hissəsində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan QRGİİ–nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov və Bərdə RİH–nin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva çıxış edərək ölkəmizdə idmanın inkişafından, rayon idmançılarımızın müxtəlif səviyyəli yarışlarda əldə etdikləri nailiyyətlərdən və onlara dövlət səviyyəsində göstərilən qayğıdan danışmışlar.
Tədbirin sonunda 2025-ci ildə müxtəlif idman növlərində yüksək nailiyyətlər əldə etmiş idmançılara və onların məşqçilərinə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Fəxri diplom və hədiyyələri təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button