Cəmiyyət

Bərdə rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın və Bərdə Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların müdafiəsi – cəmiyyətin vəzifəsidir” adlı tədbir keçirilib.

24 oktyabr 2025-ci il tarixində Bərdə rayon Heydər Əliyev Mərkəzində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Uşaqların müdafiəsi – cəmiyyətin vəzifəsidir” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Arifət Əhmədova açaraq, ölkəmizdə uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və təhsilə, mədəniyyətə bərabər çıxış imkanlarının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.

Daha sonra Bərdə Rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri Komissiyasının sədri Səfurə Hümbətova, komissiya üzvü Liza Cabbarova, Bərdə rayon Mədəniyyət Mərkəzinin metodisti Mehriban Nabatova və uşaq səfiri Kənan Əlizadə çıxış edərək uşaqlara yönəlik fəaliyyətlərin əhəmiyyətindən, ailə və cəmiyyətin bu istiqamətdə üzərinə düşən vəzifələrdən bəhs ediblər.

Çıxışlarda qeyd olunub ki, uşaqların sağlam böyüməsi, intellektual və mənəvi inkişafı dövlətin əsas prioritetlərindəndir və bu istiqamətdə həyata keçirilən tədbirlər gələcəyin layiqli vətəndaşlarının formalaşmasına xidmət edir.

Tədbirdə Bərdə RİH yanında Ailə, Qadın və Uşaq Problemləri Komissiyasının üzvləri, Bərdə Mədəniyyət Mərkəzi, Bərdə Mədəniyyət Sarayı, Bərdə Dövlət Rəsm Qalereyası və Şəhid Alı adına Bərdə şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button