Gündəm

Tanınmış ukraynalı jurnalistin sualına İlham Əliyevin cavabı: “İşğalla barışmayın”

III Şuşa Qlobal Media Forumunun iştirakçıları arasında tanınmış ukraynalı jurnalist Dmitri Qordon da yer alıb.

Oxu.Az xəbər verir ki, o, Prezident İlham Əliyevə müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sual ünvanlayıb.

Dövlət başçısı ukraynalılara heç vaxt işğalla razılaşmamağı məsləhət görüb.

“Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib. Lakin qərara aldıq ki, biz yeni reallıqlar yaradacağıq. Onlar da bu reallıqlarla barışmağa məcbur oldular. Ona görə də, artıq deyilənlərə qayıdaraq, mən heç vaxt təslim olmamağı və ərazi bütövlüyünün pozulması ilə barışmamağı məsləhət görərdim”, – prezident bildirib.

https://t.me/oxuaze/146120?embed=1

Dmitri Qordon

III Şuşa Qlobal Media Forumu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button