Xəbərlər
Xırdalanda 19 yaşlı oğlan parkda qətlə yetirildi – Şübhəli SAXLANILDI

Xırdalan şəhərində parkda qətl törədən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Abşeron rayonunda 19 yaşlı oğlan qətlə yetirilib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Xırdalan şəhərindəki parkda baş verib.
Şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Qədirov ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Hadisəni törədən şəxs ərazidən qaçıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin kimliyi müəyyən edilib, hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.