Hadisə

BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür

“Sədərək” ticarət mərkəzində baş verən yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri görülür.

DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir, yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər.

Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button