Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı mübarizə hər bir vətəndaşın borcudur!” adlı tədbir keçirilmişdir.

Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsinin, Bərdə rayon İcra Hakimiyyətinin, Bərdə rayon Prokurorluğunun, Bərdə rayon Polis şöbəsinin əməkdaşları və mədəniyyət sahəsində çalışan əməkdaşlar iştirak etmişdir.Çıxış edənlər bu gün bəşəriyyətin korrupsiya kimi təhlükəli bir bəla ilə üz-üzə dayandığını və rüşvətxorluğa qarşı mübarizənin mütəşəkkil şəkildə aparıldığını qeyd etmiş,korrupsiyaya qarşı hər bir vətəndaşın ciddi mübarizə aparmasını vacib saymışlar. Korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə etmək üçün vətəndaş mövqeyinin əhəmiyyətli olduğu qeyd edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button