Dünya

Başqırdıstanın Sterlitamak şəhərində partlayış baş verib, 3 nəfər həlak olub

Başqırdıstanın Sterlitamak şəhərindəki “Avanqard” müəssisəsində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.

“İki sahil” regional hakimiyyət orqanlarına istinadla xəbər verir ki, Başqırdıstanın Baş naziri Andrey Nazarov partlayış nəticəsində daha 5 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.

O, binanın bir hissəsinin zədələndiyini, lakin artıq uçmaq təhlükəsinin olmadığını, müəssisənin normal rejimdə fəaliyyətini davam etdirəcəyini qeyd edib. Hadisənin səbəbləri araşdırılır.

Regionun başçısı Radiy Xabirov həlak olanların hamısının qadın olduğunu dəqiqləşdirib. O, zavoddakı fövqəladə vəziyyətin səbəbinin dron hücumu olması ilə bağlı fərziyyələri rədd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button