
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tədbirin açılışında narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi sosial təhlükələrdən bəhs olundu, xüsusilə bu problemin ailələrə və uşaqlara mənfi təsiri diqqətə çatdırıldı. Gənclərin zərərli vərdişlərdən qorunmasının, sağlam həyat tərzinin təbliğinin və vaxtında aparılan profilaktik tədbirlərin əhəmiyyəti vurğulandı.Komissiyanın sədri Səfurə Hümbətova çıxış edərək narkomaniyanın ailə institutuna və uşaqların gələcəyinə mənfi təsirindən danışdı, valideyn məsuliyyəti və maarifləndirmənin vacibliyini qeyd etdi.Rayon icra hakimiyyətinin əməkdaşları dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdilər. Bərdə rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı çıxış edərək belə maarifləndirici tədbirlərin cəmiyyət üçün əhəmiyyətindən, gənclərlə aparılan işlərin vacibliyindən və birgə əməkdaşlığın rolundan bəhs etdi. Hüquq-mühafizə orqanının nümayəndəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə nəzərdə tutulan hüquqi məsuliyyəti diqqətə çatdırdı. Psixoloq asılılığın yaranma səbəbləri, risk qrupları və erkən müdaxilənin əhəmiyyəti barədə ətraflı çıxış etdi. Uşaq Səfirlər Məclisinin Bərdə regionu üzrə nümayəndəsi çıxış edərək gəncləri sağlam həyat tərzinə üstünlük verməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırdı.Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və geniş müzakirələr aparıldı.










