Hadisə

Bakı bulvarında dəhşətli hadisə – ölən var

Bakı bulvarında dənizə düşən şəxs boğularaq ölüb.

Hadisə sentyabrın 7-də gecə saat 02:00 radələrində qeydə alınıb.

Məlumata əsasən, 30-35 yaşlarında bir kişi Neftçilər prospekti istiqamətində yerləşən Milli Parkın ərazisindən dənizə düşüb. O, boğularaq həyatını itirib. Meyit sudan çıxarılıb.

Onun kimliyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır./News24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button