Siyasət

Azərbaycanlı prezidentin Ermənistana apardığı mesaj

Pezeşkianın İrəvana səfəri bölgədə hansı dəyişikliklərə səbəb ola bilər – deputat və ekspert mövqeyi

İran prezidenti Məsud Pezeşkian yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək. Bunu Tehran televiziyasına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.  Nazir xatırladıb ki, prezident Pezeşkian bundan əvvəl İraq, Pakistan, Azərbaycan və Qətərə səfər edib.

İran ciddi şəkildə narahatdır ki, ABŞ qoşunları Ermənistanda yerləşdirilə bilər və ya Zəngəzur dəhlizinin açılması İranı oyundankənar vəziyyətdə saxlaya bilər. Amma güman edirəm ki, Pezeşkianın səfərindən sonra veriləcək bəyanatlar fonunda bu məsələlər bir qədər aydınlaşacaq. Ermənistan İrana bir daha vəd edə bilər ki, onun ərazisindən heç bir zaman İrana qarşı hər hansı qüvvə istifadə edilməyəcək. Eyni zamanda, Ermənistanın qoşulduğu layihələrdə İrana qarşı təhdid kimi istifadə oluna bilməz”.

Bu səfər İranın regionda mövcudluğunu təsdiqləmək və maraqlarını müzakirə etmək məqsədi daşıyır. Pezeşkian prezident seçildikdən sonra Rusiya və Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə səfər edib. İndi isə ilk dəfə Ermənistana gedəcək. Azərbaycan regionda öz mövqelərini qoruyur. İranla münasibətlərdə bəzi fikir ayrılıqları, xüsusilə Zəngəzur dəhlizi məsələsində fərqli yanaşmalar olsa da, Pezeşkianın səfəri Bakının mövqeyini dəyişmir. Azərbaycan qəti və prinsipial siyasət yürüdür. Əsas qiymətləndirmə səfərdən sonra məlum olacaq. Unutmayaq ki, İranda prezidentdən də üstün olan dini lider var və onun mövqeyi də önəmlidir. Hər şey tam şəkildə bundan sonra aydınlaşacaq.

Bəs Azərbaycan kökənli Pezeşkian Ermənistana əsas hansı mesajı aparır?

Günay Ağamalı Salyan rayonunun Kür Qaraqaşlı kəndində seçicilərlə görüşdü  Yeni Sabah

Günay Ağamalı 

Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana planlaşdırılan səfəri regionda baş verən mühüm siyasi proseslər fonunda diqqətlə izlənilən bir hadisədir: “Rəsmi Bakı hər bir dövlətin, xüsusilə, qonşu ölkələrin Azərbaycanın maraqlarına zidd olmayan istənilən suveren xarici siyasət yürütmək hüququna hörmətlə yanaşır. Bu kontekstdə, regionda atılan hər bir addımın sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etməsi vacibdir. Pezeşkianın İrəvana səfərinin konturlarını müəyyən etmək üçün, ilk növbədə prezident postunun İranın siyasi mühitindəki roluna diqqət etmək lazımdır. Məsud Pezeşkian İranın prezidenti olsa da, bütün siyasi qərarlar məhz ali dini lider tərəfindən verilir. Bu baxımından  prezident Məsud Pezeşkianın Ermənistana səfəri və səfər çərçivəsində səsləndirəcəyi mənfi və yaxud müsbət fikirlər bütünlüklə İranın mövqeyini əks etdirməyə bilər. Təbii ki, İran prezidentinin İrəvana səfərinin əsas məqsədi Azərbaycan və Ermənistan arasında müsbət dinamika ilə müşayiət olunan sülh gündəliyi və bunun fonunda Zəngəzur dəhlizi ilə bağlı Tehranın ritorikasını əks etdirməkdir. Aydındır ki, İran Zəngəzur dəhlizinin reallaşdırılmasına müsbət yanaşmır. Lakin indiki şəraitdə rəsmi Tehranın mövcud proseslərə təsir etmək imkanları demək olar ki, yox səviyyəsindədir. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti sülh gündəliyinə və qarşılıqlı hörmət prinsipləri əsasında regional əməkdaşlığa sadiqdir. Bizim üçün əsas məsələ, regionda real və davamlı sülhün təmin olunmasıdır. İran rəhbərliyindən gözləntimiz isə odur ki, Ermənistanla təmaslarında bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirsin və bölgədə separatizmə, revanşizmə zəmin yaradan ritorikadan uzaq dursun”.

Asif Nərimanlının atası vəfat etdi - Globalinfo.az

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, Ermənistan bu regionda cənub qonşumuz üçün platforma rolunu oynayır: “Pezeşkianın Ermənistana səfəri İranın İsraillə müharibədən sonra qonşularla münasibətlərini yenidən gözdən keçirmək və əlaqələri sıxlaşdırmaq siyasətindən qaynaqlanır. Lakin Ermənistan bu prosesdə İran üçün Cənubi Qafqazdakı proseslərdə yer almaq üçün istifadə olunan platforma rolunu da oynayır, xüsusilə Zəngəzur dəhlizinin gələcəyi fonunda. Pezeşkian daha öncə Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamalarda loyal mövqe sərgiləsə də, İranın regionla bağlı planı dəyişməyib və bu ölkənin prezidenti də bu plandan kənara çıxa bilməz. Fikrimcə, Pezeşkian Ermənistanda Zəngəzur dəhlizi ətrafında baş verənləri və İranın mövqelərinin qorunması ilə bağlı müzakirələr aparmaq niyyətindədir. Regional kommunikasiyanın Tramp planına uyğun açılacağı gözləntisi var. Lakin bununla bağlı razılaşma olsa belə, razılaşmanın praktiki müstəvidə icrası sonrakı mərhələdir və regional oyunçular – Rusiya və İran bu mərhələdə proseslərə müdaxilə etməyə, öz mövqelərini bu və ya digər formada qorumağa çalışacaqlar. Pezeşkianın Ermənistan səfəri də İranın Cənubi Qafqazda gələcək yerini müəyyən etməyə hesablanıb”.

Cavanşir ABBASLI ,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button