Xəbərlər
Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib.

Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı “Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən siniflərdə xüsusi dərslər keçirildi. Qeyd edək ki, 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.









