Cəmiyyət

Azərbaycanda süni intellekt sahəsi üzrə yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO/IEC 22989:2023 “İnformasiya texnologiyaları – Süni intellekt – Süni intellektə dair anlayışlar və terminologiya” yeni dövlət standartını qəbul edib.

Bu barədə “Report”a AZSTAND-dan bildirilib.

Məlumata görə, sözügedən standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədləri Dövlət Fonduna daxil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button