Gündəm

Müstəqil Azərbaycanın Qalib Gəncləri,Gününüz Mübarək!

“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.

Heydər Əliyev

Azərbaycanda gənclərə etimad göstərilməsi, onların müasir düşüncə səviyyəsində yetişmələri, hərtərəfli biliyə malik olmaları üçün aparılan işlərin əsası ümummilli liderimiz, Dövlət Gənclər Siyasətinin banisi Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Hazırda gənclər siyasəti Azərbaycanda uğurla həyata keçirilir. Hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi bir nəsil hazırlamaqdır. Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, sağlam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsilli gənclərin yetişdirilməsidir. Gənclərin gücü – Vətənin, dövlətin, millətin gücüdür.

Cənab Prezidentimiz İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini uğurla davam etdirir. Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir, ictimai proseslərdə yaxından iştirak edir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı inkişaf etdirilmiş, dünya şöhrəti qazanmışdır. Bütün sahələrdə olduğu kimi, gənclərimiz idman sahəsində də öz sözünü deyir, bir-birinin ardınca uğurlara imza atır. Onların səsinin beynəlxalq arenadan gəlməsi təsadüfi deyil, bu Azərbaycanın idman ölkəsi oluğunu bir daha sübut edir.

Bu gün Azərbaycan gənclərinin qarşısında bir vəzifə – öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur.

Gənclərimizə Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir, ictimai proseslərdə yaxından iştirak edir. Onların səsinin beynəlxalq arenadan gəlməsi təsadüfi deyil, bu Azərbaycanın gənclərimizə göstərdiyi misilsiz dəstəyin sübutudur.

Cəmiyyətin inkişafında könüllülər hərəkatının da xüsusi əhəmiyyətini qeyd etmək yerinə düşərdi. İlk dəfə Azərbaycanda könüllülük fəaliyyətinin yeni və möhtəşəm inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi “Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi. Bu geniş və əsaslı qanunla Azərbaycanda parlaq könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Dövlət başçımız İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması gənclərin fərdi inkişafına misilsiz təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq baxımından xüsusi önəm kəsb etmişdir.

Gənclərin könüllülük fəaliyyəti həm də bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. Bütövlükdə, həyata keçirilən tədbirlərin fonunda respublikamızda təcrübəli könüllü bazası formalaşıb və Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb.

Ölkəmizin ev sahibliyi etdiyi bir sıra mötəbər tədbirlərə – “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula -1” və digər kütləvi idman tədbirlərinə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü gənclər bazası formalaşdı. Heç şübhəsiz ki, qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz ölkənin birinci xanımının əzmkar fəaliyyəti nəticəsində bu mötəbər tədbirlərdə on minlərlə gəncin könüllülük fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.

Tariximizin şanlı səhifəsi – 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm ön, həm arxa cəbhədə yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Ali Baş Komandanımız İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz, idmançılarımız könüllü olaraq böyük ruh yüksəkliyi ilə silaha sarılaraq xalqımızın torpaq həsrətinə son qoyaraq, üçrəngli bayrağımızı doğma Qarabağımızda dalğalandırdılar. Budur Vətənpərvər Azərbaycan Gəncliyi ! !

Bu gün biz özümüzü xoşbəxt gənclik hesab edir, dövlətimizin gənclərlə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndiririk. Biz gənclər möhtərəm Prezidentimizin ətrafında Dəmir Yumruq kimi birləşmişik.

Əziz Bərdə Gəncləri,

” 2 Fevral- Azərbaycan Gəncləri Günü” münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Artıq ərazi bütövlüyü tam bərpa olunmuş bir ölkənin qalib gəncləriyik! Gününüz Mübarək !

Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi – Fidan Nəsirli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button