Cəmiyyət

Azərbaycan radiosunun binası SÖKÜLÜR – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.

Musavat.com APA-ya istinadən xəbər verir ki, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək.

AzTV-nin mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

“Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button