İdman
Azərbaycan U-21 millisi AÇ-nin seçmə oyununda Şotlandiyanı qəbul edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, milli komanda Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələcək.
Qazaxıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “Liv Bona Dea Arena”da saat 19:00-da başlayacaq.
Qeyd edək ki, B qrupunda qərarlaşan milli komandamız üç turdan sonra cəmi bir xal toplaya bilib və qrupda 5-ci yerdə qərarlaşıb