Gündəm

Bərdə şəhər R.N. Musayev adına inteqrasiya təlimli, internat tipli gimnaziya təhsil sahəsində əldə etdiyi növbəti uğurla fərqlənmişdir.

Gimnaziyanın məzunu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında 642,1 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olmuşdur. Bu yüksək nəticə təhsil müəssisəsində yaradılmış sistemli və keyfiyyətli tədris mühitinin, direktor Seymur İslamovun məqsədyönlü rəhbərliyinin və müəllim kollektivinin ardıcıl, fədakar fəaliyyətinin məntiqi nəticəsidir. Əldə olunan nailiyyət Bərdə rayonunda təhsilin inkişaf səviyyəsini bir daha nümayiş etdirir. Məkdəbin rəhbərliyini, pedaqoji heyətini və məzunu təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button