Siyasət

Azərbaycan Suriyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror aktı ilə bağlı Suriyaya başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Dəməşqdə Müqəddəs Elias kilsəsində baş verən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, sözügedən terror hadisəsi zamanı azı 25 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button