
Azərbaycan Respublikasında 2024-cü il fevral ayının 7də növbədənkənar prezident seçkisi olacaq.
Hər zaman olduğu kimi, dünən də, bu gün də, sabah da sizinləyik və sizinlə olacayıq Cənab Prezident! İlhamla İrəli
Uzun illərdən sonra Azərbaycanda ilk dəfə bütün ölkə üzrə prezident seçkiləri 2024 cü ilin fevralında keçiriləcək. Bu ərazilərimizin işğaldan azad olunmasından sonra ilk seçki olacaq.
İndidən səsim də, dəstəyim də İlham Əliyevədir. Bunun birinci ən böyük səbəbi Unudulmaz Liderimiz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin davamçısı olmasıdır.İkinci səbəbi Qarabağın tamamilə azad edilməsi, suverenliyimizin, konstitusiyamızın bütün ərazimizdə bərpa edilməsi (Xalqımız son 200 ildə ancaq torpaq itirib, bu tendensiya qırıldı, şükür ki) və işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri, böyük qayıdış proqramıdır.
Üçüncü səbəbi isə bu gün ölkəmizdəki müxalifətin Fransa kimi bir ölkənin təsir dairəsində olmasıdır. Bizim cəmiyyət heç bir zaman xarici dairələrin təsiri altında olan, millilikdən uzaq insanları dəstəkləməyəcəkdir. Səbəb, bu gün Fransa başda olmaqla, ABŞ (demokratlar partiyası), Almaniya və s. kimi ölkələrin ikiüzlü siyasətidir. Onların erməni yalanlarını dəstəkləməsi ürəkbulandırıcıdır.
Bizlər – Ali Baş Komandanımızın əhatəsində sıx birləşərək Qərbi Azərbaycan torpaqlarımızı da işğaldan azad edəcəyik.Böyük qayıdış bizim öz elimizdə Dərələyəzdə, Göyçədə, Zəngəzurda öz el-obamızda həyata keçəcək.
Bizi birləşdirən bir amalın uğrunda birlikdə əlimizdən gələni edəcəyik.
Cənab İlham Əliyevin də dediyi kimi : “Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacayıq!”
Bu yol birlik yoludur, əzəli torpağımız olan İrəvanın tarixini yaşadıb nəsildən- nəsilə ötürəcəyik. Bizim gücümüz birliyimizdədir.
İlham Əliyev Prezident olduğu gündən bu günki günə kimi Azərbaycan xalqına nə vədlər verdisə hər birini yerinə yetirdi. Eşq olsun sizə cənab Prezident! Siz, Azərbaycan xalqının fəxri,
döyünən ürəyisiniz.
Bir ölkənin Lideri olacaqsa sizin kimi olması lazım!.
Özü bir, Sözü bir, Əməli bir!
Tanrı sizi və xalqımızı qorusun.

İctimai fəal – Vaqif Məhəmməd oğlu!