İdman

Parisdə 2-ci dəfə Dövlət Himnimiz səsləndi

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev mükafatlandırılıb.

“İki sahil” xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımıza qızıl medal təqdim olunub.

Olimpiya çempionumuzun şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər cüdoçusu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button