İdman
Azərbaycan Basketbol Liqasında bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında IV turun daha iki oyunu keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu gün B qrupunda yer alan komandalar üz-üzə gələcəklər.
İlk olaraq “Quba” “Lənkəran”ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
“Sumqayıt” isə “Ordu”nun qonağı olacaq. Bu görüş saat 19:00-da başlayacaq.
“Ordu” B qrupunda 6 xalla liderdir. “Quba” 5 xalla üçüncü, “Lənkəran” 4 xalla dördüncü, “Sumqayıt” isə 3 xalla sonuncu – altıncı sıradadır.
Qeyd edək ki, ötən gün A qrupunun oyununda “Sabah” “Gəncə”ni məğlub edib – 87:68.