Hadisə

Avtomobili ilə 2 yaşlı oğlunun üstündən keçib öldürdü – Saatlıdakı qəzanın TƏFƏRRÜATI

Lənkəran Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən Elşən Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əskərov 5 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasının 2 ilini şərti hesab edib.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 13-də baş verib. Saatlı rayonunun Orta Muğan kənd sakini Elşən Əskərov həmkəndlisinin həyətində keçirilən toyaxşamı məclisinə getmək istəyib. O bu məqsədlə həyətində özünə məxsus VAZ-2161 markalı avtomobili işə salıb və avtomobili arxaya doğru hərəkət etdirib. Həmin vaxt həyətdə oynayan iki yaşlı oğlu – 2022-ci il təvəllüdlü Sənan Əskərovun başı avtomobilin arxa təkərinin altında qalıb. 2 yaşlı S.Əskərov xəstəxanaya çatdırılsa da, orada ölüb.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button