Qafqaz Müsəlmanları İdarəsi nin Qarabağ bölgə üzrə qazisi, Bərdə rayonunun Axundu Hacı Ramazan Hüseynov.

Hacı, dini təhsilini hələ gənc yaşlarında Özbəkistan respublikasında almağa başlayır. Ali təhsilini başa vurduqdan sonra QMİ Sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin təyinatı əsasında Xaçmaz şəhərinə daha sonra isə Bərdə rayonuna Axund kimi təyinat alır. Hacının Bərdə rayonuna təyin olunması dövrü 1ci Qarabağ müharibəsi dövrünə təsadüf edir. Həmin dövrlərdə dörd mindən çox şəhidin yuyulub kəfənləməsində və dəfn olunmasında Axundun zəhməti çox olmuşdur. Və eləcə də o vaxt ki hökumətin (1990-92ci illər) zəifliyindən dolayı ölkənin demək olar ki bir çox hissəsində kriminal ekstrimist qüvvələr hökmranlıq edirdilər. Bərdə rayonunda da həmən hadisələr baş verməkdə idi. Qardaş qırğınının qarşısını almaq üçün rayon camaatı din adamı kimi Hacı Ramazan hüseynova üz tuturdular. Ölkədə qarışıqlıq olmasına baxmayaraq Hacı tələbələr yetişdirməklə də məşğul idi. Bərdə şəhər Cümə məscidində Axundun 600 ə yaxın tələbəsi dini təhsil alırdı. Daha sonra vətən müharibəsi zamanı 500 ə yaxın, anti-terror əməliyyatı zamanı isə 100 ə yaxın şəhidimizin yuyulub kəfənlənməsində Hacının fəaliyyəti danılmaz faktdır. Hal hazırda dini fəaliyyətini davam etdirən Axundrayon camaatı arasında böyük hörmət və nüfuza sahibdir. Sülhü və barışı təbliğ etidyi üçün, camaat həmişə küsülülərin barışdırılmasında və eləcədə qan davasının yatırılmasında Hacıya tərəf üz tuturlar.
Bu gün haqqında danışdığımız din Adamı Axund Hacı Ramazan Hüseynovun doğum günüdür. Bərdə Şəhər Cümə məscidinin din xadimləri adından Hacıya sağlam ömür və ailə xoşbəxtliyi arzulayaraq təbrik edirik.