Hadisə

Ağdamın Gülablı kəndində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib

Ağdam rayonu Gülablı kəndi ərazisində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, ötən gün Gülablı kəndində başlayan yanğın geniş əraziyə yayılaraq Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button