Cəmiyyət

QOVUŞUQDA NOVRUZ ADƏTLƏRİ

Qovuşuq – İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşkənd rayonunda kənddir. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir.1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Qovuşuğun Novruz adətləri barədə yazmağımın əsas məqsədi bu bayramın özünəməxsus şəkildə qeyd edilməsini diqqətə çatdırmaqdır.

Qovuşuq kəndi

Qovuşuq kənd sakini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mühəndisi Fərzəliyev Cəmil Tahir oğlu–Bayram adətlərimiz çoxdur və daha fərqli olanları qeyd etmək istəyirəm.İlk növbədə qeyd edim ki, bayramda çoxlu ocaqlar yandırılırdı,yumurta döyüşdürmə adəti yel çərşənbəsindən ilaxır çərşənbəyə qədər davam edirdi. Bayram süfrəsinə İrəvan kətəsi, fətir, qaralı aş, kələm və qara (yarpaq) dolması hazırlanardı.Su çərşənbəsində adətə uyğun olaraq evlərin damından evə su tökərdilər və bir-birini sulayardılar. Qızlar xəmiri duzlu edib yeyərdi ki, sevəcəyi oğlanı yuxuda görsün.Qapı pusmaqda adətlərdən biri idi və heç kim bayramda küsülü qalmazdı. Qapıya papaq atmaqla yanaşı çuval da atardılar ki, pay olaraq quzu versinlər, belə də olurdu.

Əminik ki, kəndimizə qovuşacağımız günə az qalıb və Novruz bayramını kəndimizdə tezliklə qeyd edəcəyik.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Osman Azad oğlu Əhmədzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button