GündəmXəbərlər

Qərbi Azərbaycanın Basarkeçər rayonu Daşkənd icması kənd sakini Ağababa İsgəndərovun 100 illik yubileyini qeyd edib

Qərbi Azərbaycanın Basarkeçər rayonu Daşkənd icmasının təşkilatçılığı ilə Daşkənd kəndinin sakini, Böyük Vətən müharibəsi iştirakçısı, el ağsaqqalı Ağababa İsgəndərovun 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.Tədbirdə millət vəkilləri, Qərbi Azərbaycan İcmasının rəhbər heyəti, Daşkənd icmasının nümayəndələri, ziyalılar, elm və ictimaiyyət xadimləri, veteranlar və kənd sakinləri iştirak ediblər.Tədbir Ümummilli lider Heydər Əliyev və canlarını Vətən uğrunda qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bsşlayıb. Sonra Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərinin yer aldığı, habelə Ağababa İsgəndərovun ömür yolundan bəhs edən video-çarx nümayiş etdirilib. Mərasimi giriş nitqi ilə açan QAİ Bərdə rayon nümayəndəliyinin rəhbəri, Daşkənd icmasının sədri və Basarkeçər rayon icmasının sədr müavini Fəzair Piriyev Daşkənd İcmasının birliyi, tarixi yaddaşı və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Qərbi Azərbaycanlıların doğma torpaqlara qayıdış ideyası tarixi ədalətin bərpasına yönəlmiş mühüm milli məqsəddir.Sonra söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə verilib. O, çıxışında bildirib ki, Ağababa İsgəndərov kimi insanlar xalqın yaddaşında yaşayan canlı tarixdir: “Onun 100 illik ömrü həm mübarizə, həm də vətənə sədaqət məktəbidir. Belə insanlar bizim milli kimliyimizin dayağıdır.” – sədr qeyd edib. Daha sonra Daşkənd kəndinin sakini Ağababa İsgəndərovun 100 illik yubileyi münasibətilə onun həyat yolu, müharibə və əmək fəaliyyəti haqqında çıxışlar dinlənilib. Onun ömür yolu vətənə sədaqət və milli dəyərlərə bağlılığın nümunəsi kimi qiymətləndirilib.Tədbirdə millət vəkilləri Zahid Oruc, Rizvan Nəbiyev və digər ictimai xadimlər çıxış edərək milli həmrəyliyin və tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıblar.Tədbir çərçivəsində yubilyara Qərbi Azərbaycan İcması tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.Bədii hissədə aşıq musiqisi səsləndirilib, Daşkəndli aşıqların ifasında saz havaları və poeziya nümunələri təqdim olunub.Sonda Ağababa İsgəndərov çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib.Tədbir Daşkənd icmasının birliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm ictimai əhəmiyyət kəsb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button