Cəmiyyət
Bərdə rayonunda baramaçılığın inkişafı məqsədilə barama istehsalçılarına tut-ipək qurdu paylanılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, son illərdə aqrar sahəyə göstərilən dövlət dəstəyi, xüsusilə baramaçılığın inkişafı kənd əhalisinin məşğulluğunun artırılmasında mühüm rol oynayır və qeyri-neft sektorunun güclənməsinə xidmət edir.
Tədbirdə çıxış edən rayon rəhbəri Vidadi İsayev bildirib ki, Bərdədə baramaçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır, barama istehsalçılarına hərtərəfli dəstək göstərilir. Rayon rəhbəri qeyd edib ki, bu il rayon üzrə 400 qutu tut-ipək qurdu paylanılması nəzərdə tutulur.
Sonda barama istehsalçılarına ipəkqurdunun düzgün bəslənməsi və məhsuldarlığın artırılması ilə bağlı tövsiyələr verilib, bu sahədə uğurlu nəticələrin əldə olunacağı vurğulanıb.