
Qəbul zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni təyinat münasibətilə şöbə rəisi Ələkbərov Mətləb Elman oğlunu təbrik edərək, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, icra və probasiya orqanlarının fəaliyyəti hüquq sisteminin mühüm tərkib hissəsi olmaqla, məhkəmə qərarlarının icrasının təmin edilməsi, probasiya nəzarətində olan şəxslərlə səmərəli işin təşkili, onların cəmiyyətə reinteqrasiyası və hüquqazidd halların qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.Rayon rəhbəri qeyd edib ki, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması, icra intizamının yüksəldilməsi və fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkili əsas prioritetlərdən olmalıdır. O, yeni təyin olunmuş rəisin bu məsul vəzifəni layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.Yeni təyin edilmiş şöbə rəisi göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək, üzərinə düşən vəzifələrin icrasında qanunçuluq, şəffaflıq və operativlik prinsiplərini rəhbər tutacağını, rayon ərazisində icra və probasiya fəaliyyətinin daha səmərəli təşkili istiqamətində səylə çalışacağını vurğulayıb.Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.