GündəmXəbərlər

Əməyin təhlükəsizliyi və sağlamlığı mövzusunda beynəlxalq konfrans keçirilib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, 25 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi və “Risk Menecment Peşəkarları” Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümumdünya Əməyin Təhlükəsizliyi və Sağlamlığı Gününə həsr olunmuş 5-ci illik konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatı Pərvanə Vəliyeva iştirak edib. Deputat tədbirdə “SƏTƏM-in təşviqi və sağlam iş mühiti: müasir yanaşmalar və qanunvericilik” mövzusunda təqdimatla çıxış edib.

Çıxış zamanı əməyin təhlükəsizliyi sahəsində qanunvericilik təşəbbüslərinin, eləcə də parlament səviyyəsində görülən işlərin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, beynəlxalq standartlara uyğunlaşmanın vacibliyi qeyd olunub, hüquqi bazanın təkmilləşdirilməsi və icra mexanizmlərinin gücləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verilib, müvafiq təkliflər səsləndirilib.

Tədbir çərçivəsində əmək mühitində təhlükəsizlik, profilaktik tədbirlər, sahə üzrə standartların yüksəldilməsi, iş yerlərində risklərin idarə olunması və keyfiyyət standartları ilə bağlı aktual məsələlər müzakirə olunub.

Panel müzakirələrində Beynəlxalq Əmək Təşkilatı (ILO), Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu kimi qurumların nümayəndələri iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button