
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Dədə Ələsgər Ocağı İctimai Birliyi-nin birgə təşkil etdiyi esse müsabiqəsində qalib seçilənBərdə Rayon Y. Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəb şagirdləri — Hacızadə Aylin Elşən qızı, Qocamanlı Aliyə Elgün qızı, Hacıyev Nərmin Rəfael qızı və Hüseynli Sərraf Yalçın oğlunun Qərbi Azərbaycan mövzusunda qələmə aldıqları məqalələr “Tariximizin işığında Qərbi Azərbaycanın izi ilə” adlı kitabda dərc olunmuşdur.
Bu gün isə həmin kitab Qərbi Azərbaycan İcmasının Bərdə rayon üzrə sədri, hörmətli Fəzair müəllim tərəfindən şagirdlərə təqdim olunmuşdur.
Bu uğur gənclərimizin tariximizə və milli yaddaşımıza olan bağlılığının bariz nümunəsidir.





