İqtisadiyyat
Parlament yekdilliklə dəstəklədi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub. Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.
Müzakirələrdən sonra Milli Məclis Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatını yekdilliklə qəbul edib.
Musavat.com-un məlumatına görə, 106 deputat hesabatın lehinə səs verib.
Daha sonra çıxış edən Palata sədri Vüqar Gülməmmədov hesabatla bağlı çıxışlarına və təkliflərinə görə deputatlara təşəkkürünü bildirib.