GündəmXəbərlər

İcra başçısı Vətən Müharibəsi əlili Rasim İsaxovu ziyarət edib

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Cəmilli kəndində Vətən Müharibəsinin 3-cü qrup əlili İsaxov Rasim Fərman oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.Görüşdə Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili “Azərbaycan Bayrağı” ordenli Mustafayev İlham Abbas oğlu da iştirak edib.Qeyd edək ki, İsaxov Rasim Fərman oğlu 44 günlük Vətən müharibəsi zamanı Laçın rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi xidmətlərə görə “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.Döyüşlərdə aldığı xəsarətlərə görə barəsində üçüncü dərəcəli əlillik təyinatı aparılmış Rasim İsaxov dövlət tərəfindən mənzillə təmin edilmişdir.Birinci Qarabağ müharibəsi əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button