Cəmiyyət

YAP Bərdə rayon təşkilatı tərəfindən YAP-a yeni üzv qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

YAP Bərdə rayon təşkilatından Yeni Azərbaycan Partiyasına üzv olanların sayı daim artmaqdadır. Bu isə Ulu öndər Heydər Əliyevə və parlaq ideyalarına, onun layiqli varisi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyevin apardığı uğurlu daxili, xarici, hərbi siyasətə dərin inam və ehtiramdan irəli gəlir.

Yeni üzvlərə YAP üzvlük vəsiqələri rayon təşkilatı tərəfindən ərazi partiya təskilatlarında təqdim edilmişdir. Üzvlük vəsiqələri yeni üzvlərə təşkilatın sədr müavini Elməddin Əsgərxanov, məsləhətçi Ceyhun Zakirov, ƏPT sədri Musa Məmmədov və partiya fəalı Vüqar Zeynalov tərəfindən təqdim edilmişdir.

YAP- a üzvlüyə yeni qəbul olunanların hər biri bu Partiyaya üzv olmaqlarından fəxr etdiklərini bildirmişlər.

Yeni üzvləri bir daha təbrik edir, həyat və fəaliyyətlərində uğurlar arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button