GündəmXəbərlər

Bərdədə “Dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi.

Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2013-cü il tarixli, 2837 nömrəli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə Bərdə Rayon İcra hakimiyyətində maarifləndirici tədbir təşkil edilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışdı, dövlət idarəçiliyində və mediada ədəbi dil normalarına riayət olunmasının vacibliyini vurğuladı. O qeyd etdi ki, dilin saflığının qorunması milli kimliyin mühüm tərkib hissəsidir və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.Daha sonra Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnur Baxşəliyev mövzu ətrafında geniş və ətraflı çıxış etmişdir. O, dövlət idarəçiliyində və mediada dil normalarına düzgün riayət olunmasının vacibliyini xüsusi vurğulamış, bu sahələrdə tez-tez rast gəlinən leksik, qrammatik və üslubi səhvləri konkret nümunələr əsasında diqqətə çatdırmış və həmin nöqsanların aradan qaldırılması üçün praktik tövsiyələr səsləndirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button