GündəmXəbərlər

Bərdədə “Sağlam nəsil naminə qohum nikahlarına yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi.

09 aprel 2026-cı il tarixində Bərdə RİH yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Sağlam nəsil naminə qohum nikahlarına yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan komissiyanın sədri Səfurə Hümbətova qohum nikahlarının cəmiyyət və ailə institutuna, xüsusilə də gələcək nəslin sağlamlığına mənfi təsirlərindən bəhs edərək, bu kimi halların qarşısının alınmasında maarifləndirmə işinin əhəmiyyətini xüsusi vurğulamışdır.Daha sonra çıxış edən digər natiqlər qohum nikahlarının tibbi və sosial nəticələri, eləcə də ailə münasibətlərinə və gələcək nəslin sağlam inkişafına təsirləri barədə ətraflı məlumat verərək, sağlam ailə modelinin formalaşdırılmasının vacibliyini vurğulamış, gənclərin düşünülmüş və düzgün seçim etməsinin əhəmiyyətini diqqətə çatdırmış və bu sahədə dövlət siyasəti, eləcə də həyata keçirilən maarifləndirici tədbirlər barədə iştirakçıları məlumatlandırmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button