Cəmiyyət

Könül Vəlibəylinin qızının vəziyyəti kəskin AĞIRLAŞDI

Ötən il Yasamalda baş vermiş yanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.

Bu barədə Könül Vəlibəylinin anası Mayquba Hümbətova məlumat verib.

O bildirib ki, hazırda Ləman Qulamova Türkiyədə müalicə alır:

“Nəvəmin vəziyyəti ağırdır. Bu gün yenidən əməliyyat olunacaq. Türkiyədə “Acıbadem” klinikasında müalicə alır. Yanğında tüstüdən zəhərlənən ərəfədə boğazında qida borusu deşilib, nəfəs borusunda problem var. Vəziyyətində irəliləyiş yoxdur. Beş aydır ağızdan qida qəbul etmir, yataqda yatır. Artıq bir aydır Türkiyədə xəstəxanaya yerləşdirmişik”.\\oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button