GündəmSiyasətXəbərlər

Tərtər Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib. Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəsisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak ediblər.Müşavirədə vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problemlərinin və sosial qayğılarının öyrənilib həlli istiqamətində tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqların icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlakların sığortalanması üçün maarifləndirmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyə və şəhərsalma-arxitektura tələblərinə uyğunluğu məsələləri müzakirə olunub.Həmçinin əkin sahələrinin suvarılmasında növbəliliyin təmin olunması, aqrar sahədə mövsümi işlər, pambıq səpininə hazırlığın vəziyyəti, kümxanaların hazırlanması, Tərtər şəhəri və bütün yaşayış məntəqələrində yolkənarı ərazilərin təmizlik-abadlıq işləri, şəhid ailələrinin ziyarət olunması və sosial problemlərinin həllinə köməklik, yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlərin aparılması və qeyri-sabit hava şəraiti və intensiv yağışların törətdə biləcəyi fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məsələləri müzakirə olunub.Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button