
Əslən Vedi rayonundan olan dəyərli el-oğlumuz Robert İslam oğlu Eyyubovun ömür yolu zəhmətin, əzmkarlığın və Vətənə sədaqətin parlaq nümunəsidir. Qərbi Azərbaycanın qədim yurdlarından biri olan Şirazlı kəndindən olan Robert Eyyubov, hələ gənc yaşlarından öz məqsədyönlülüyü, intizamı və iradəsi ilə seçilərək gələcək uğurlarının möhkəm təməlini qoymuşdur.
Milli Aviasiya Akademiyasında aldığı ixtisas üzrə qazandığı dərin biliklər, 2001–2019-cu illərdə “Azərbaycan Hava Yolları” QSC-də müxtəlif məsul vəzifələrdə göstərdiyi peşəkarlıq onun işinə necə böyük məsuliyyətlə yanaşdığının sübutudur. Daha sonra “Silk Way” şirkətində prezidentin müşaviri kimi fəaliyyət göstərməsi onun idarəçilik bacarığının, etimad qazanan şəxsiyyət olmasının bariz göstəricisidir. Eyni zamanda, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti kimi idmanın inkişafına verdiyi töhfələr, sağlam gəncliyin yetişməsinə yönəlmiş fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Robert Eyyubov gənclik illərindən idmana olan sevgisi ilə seçilmiş, kikboksinq və uşu-sanda üzrə Azərbaycan millisinin üzvü kimi beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmişdir. Bu isə onun təkcə peşəkar sahədə deyil, fiziki və mənəvi cəhətdən də güclü, mübariz ruhlu bir insan olduğunu göstərir.
Lakin onu fərqləndirən ən ali xüsusiyyətlərdən biri də onun insanlığıdır. Sadəliyi, səmimiyyəti, mərdliyi və xeyirxahlığı ilə el arasında böyük hörmət və rəğbət qazanan Robert Eyyubov hər zaman ehtiyacı olanın yanında olmağı bacaran, böyüyə ehtiram, kiçiyə qayğı göstərən, sözün əsl mənasında el içindən çıxmış el oğludur. Onun adı çəkiləndə hörmətlə yad olunması da məhz bu yüksək mənəvi keyfiyyətlərinin nəticəsidir. Belə şəxsiyyətlər cəmiyyət üçün örnək, Vətən üçün isə dayaqdır.
Sabah isə bu dəyərli Ziyalımızın həyatında əlamətdar gündür. 22 mart 1978-ci il.
Hörmətli Robert müəllim!Sizi doğum gününüz münasibətilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm! Sizə möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti və bütün fəaliyyət sahələrinizdə daha böyük uğurlar arzulayıram. Qoy ömür yolunuz daim nurlu olsun, atdığınız hər addım sizi yeni nailiyyətlərə aparsın. Uca Allah sizi və doğmalarınızı qorusun, hər zaman sevdiklərinizin əhatəsində, xalqın hörmət və sevgisi içində yaşayaraq yeni zirvələr fəth edəsiniz.Siz kimi dəyərli insanların varlığı elin gücü, Vətənin qürurudur!
Eyyubov nəsli tarixən Azərbaycan dövlətinə, milli maraqlara və dövlətçilik dəyərlərinə sarsılmaz sədaqəti ilə seçilən, bu yolu həyat amalına çevirən nümunəvi nəsillərdəndir. Bu soyun nümayəndələri hər zaman Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə bağlılıq nümayiş etdirmiş, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik siyasətini ürəkdən dəstəkləmişlər. Vətənə xidmət, dövlətə sədaqət və xalqa bağlılıq Eyyubovlar nəslinin əsas mənəvi sütunlarıdır. Belə köklü, ləyaqətli və vətənpərvər nəsillər Azərbaycan dövlətinin gücü və sabahının etibarlı təminatıdır.
Dərin hörmət və ehtiramla, İctimai fəal: Vaqif Məhəmməd oğlu.