Cəmiyyət

Novruz ruhu Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçası nda!

✨ Novruz ruhu Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçası nda! ✨

📅 18 mart 2026 – baharın ruhu, birlik, sevinc dolu Novruz şənliyimiz! Qarabağ Regional Təhsil İdarəsiBərdə rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Bərdə şəhər 10 saylı körpələr evi- uşaq bağçasında fidanlarımız ənənəvi Novruz coşqusu ilə parıldadı. 🎶💃

🌸 Tədbirdə balaca fidanlarımız milli adət-ənənələrimizi əks etdirən çıxışlarla, rəngarəng Novruz geyimləri , mahnılar və maraqlı səhnəciklərlə baharın gəlişini böyük sevinc və qürur hissi ilə qeyd etdilər.

🔥 Səməni, xonçalar, milli musiqilər və şən oyunlarla zəngin olan bayram tədbirimiz uşaqların yaddaşında unudulmaz anlara çevrildi.

💚 Bu cür tədbirlərin keçirilməsi balalarımızda milli-mənəvi dəyərlərə sevgi, vətənpərvərlik ruhu və ənənələrimizə bağlılıq hissinin formalaşmasında mühüm rol oynayır.

✨ Baharın gəlişi, ümidin, yeniliyin və gözəlliyin müjdəçisi olan Novruz bayramı münasibətilə hər kəsi Bərdə şəhər 10 saylı körpələr evi- uşaq bağçasının kollektivi adından ürəkdən təbrik edirik! ✨

🌷 Bayramınız mübarək olsun! 🌷

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button