İdman
Tərtərdə idmanın inkişafı diqqət mərkəzindədi

Tərtər rayon rəhbəri bayram tədbiri çərçivəsində idmançılarla görüşərək onların əldə etdikləri uğurları yüksək qiymətləndirdi. Görüş zamanı idmanın gənclərin sağlam və vətənpərvər ruhda yetişməsində mühüm rol oynadığını vurğulayan rayon rəhbəri, idmançılara gələcək yarışlarda yeni qələbələr arzuladı.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd etdi ki, rayonda idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır və bu sahədə əldə olunan nailiyyətlər hər birimizi sevindirir. Bayram ab-havası ilə müşayiət olunan tədbir idmançılar üçün motivasiya və ruh yüksəkliyi yaratdı. İdmançılar göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıqlarını ifadə etdilər.